"Hüquqlarımız" adlı dərs
28 oktyabr 2024-cü il tarixində "Uşaq hüquqları" aylığı ilə əlaqədar məktəbin Tədbirlər planına uyğun olaraq məktəbin ibtidai sinif müəllimi Xuraman Məmmədova tərəfindən
2 "B" sinfində "Hüquqlarımız" adlı xüsusi dərs keçirilib.
Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini Aybəniz Rzayeva, məktəbin psixoloqu Məlahət Qasımlı
tərəfindən dinlənilən dərsdə məqsədə uyğun olaraq şagirdlər uşaq hüquqlarını sadalayıb, uşaq hüquqların əhəmiyyətini izah edib, o cümlədən, bu hüquqların qorunmasına dair biliklərini şərh ediblər.