18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib
18 oktyabr 2024-cü il tarixində məktəbin birinci növbəsinin sıra düzülüşündə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra məktəbin tarix müəllimi Hikmət Qasımov tərəfindən 18 oktyabr -Müstəqilliyin Bərpası Günü ilə əlaqədar çıxış etdi.
O, 1918-1920 -ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisi olan və XX əsrin sonunda SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin ikinci dəfə yenidən bərpa etməsi haqqında ətraflı məlumat verdi.
Həmçinin, Azərbaycanın Müstəqilliyinin Bərpasının 33-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılarla, nümayiş etdirdikləri rəqslərlə Vətənə olan sevgilərini nümayiş etdiriblər.
Məktəbin direktor əvəzi Səidə Ağamalıyeva çıxış zamanı öncə Müstəqilliyin Bərpası Günü ilə əlaqədar kollektivi təbrik edib.
O," Azərbaycan xalqı bu bayramı tarixi qələbəmiz sayəsində ərazi bütövlüyünü tam bərpa etmiş xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyətinin daha dəqiq ifadə olunması və şagirdlərə bu barədə məlumatların daha ətraflı çatdırılmasının böyük önəm kəsb edir.
Qazandığımız bu müstəqilliyi canlarından keçən şəhid və qazilərimizin xatirinə qorumaq hər birimizin borcudur.
Müstəqilliyimizin Bərpası Günü mübarək!
Biz hər zaman fəxr edək ki biz Azərbaycanlıyıq!
Bir Azərbaycanlı övladı olaraq səsimizin dünyanın hər yerindən gəlməsini diləyirəm." deyərək, çıxışına davam edib.
Səidə Ağamalıyeva çıxışının sonunda, tədbir iştirakçılarına təşəkkür edib.
Tədbirin sonunda məktəb rəhbərliyi tərəfindən məktəbdaxili tədbirlərdə fəal iştirakına görə bir qrup şagirdlərə "Təşəkkürnamə" təqdim olunub.