Dərslərin dinlənilməsi davam edib
Həftə ərzində məktəbin direktor əvəzi Səidə Ağamalıyeva, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini Aybəniz Rzayeva, məktəbin psixoloqu Məlahət Qasımlı Azərbaycan dili, riyaziyyat, fizika, kimya fənlərindən dərsləri dinləyiblər.
Məqsəd tədris prosesində təlim metodları və texnologiyaların tətbiqinin yoxlanılması, müəllimlərin səriştəliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanılması,şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqil dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi və müəllim şagird münasibətlərini təhlil etməkdir.