"Təmiz təbiət, sağlam gələcək!" adlı ekoloji guşə
Məktəbin COP 29 ilə əlaqədar tədbirlər planına əsasən 21.10.2024-cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Almara Həsənovanın təşkilatçılığı ilə "Yaşıl Dünyam" adlı dəyirmi masa keçirilib.
Dəyirmi masa ətrafında 7"A" sinif şagirdləri Yer kürəsində iqlim dəyişiklikləri, onunla mübarizə üsulları fauna və floranın qorunması haqqında ətraflı məlumatlarla çıxış ediblər.
Daha sonra tədbir məktəbin foyesində yaradılmış "Təmiz təbiət,sağlam gələcək!" adlı ekoloji guşənin önündə şagirdlərin "Ətraf mühiti qoruyaq!" adlı səhnəciklərin nümayiş etdirilməsi ilə davam edib.