Şagirdlər "Zəfərin mübarəkdir, Azərbaycan!" adlı proqram üzrə tədbirdə iştirak edib

19.10.2024-cü il tarixində məktəbin 5"C"və 6"A" sinif şagirdləri Azərbaycan Milli İncəsənət Muzeyində 8 noyabr -Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarəkdir,Azərbaycan!" adlı proqram üzrə tədbirdə iştirak edib.

Tədbir  Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.Azərbaycanın müstəqilliyi, suverenliyi,ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şagirdlərimiz "Milli Müstəqilliyin Bərpası Günü" və 44 gün davam edən və tarixi qələbəmizlə başa çatan II Qarabağ müharibəsi haqqında təqdimatı dinləyiblər.

Şagirdlər ustad dərsində Azərbaycanda İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq,həmçinin Azərbaycanın zəfər simvolu kimi də tanınan "Xarıbülbül" nişanəsini boşqab üzərində akril texnikasında təsvir ediblər.

Sonda şagirdlərimiz interaktiv ekskursiyada iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi