Bir məktəbdən iki qızıl nişanTəhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltif edilməsi barədə əmr imzaladı. Bu əmrlə ölkə üzrə 125 məzun qızıl nişanla təltif edilmişdir ki, bunlardan da iki şagird 313 nömrəli tam orta məktəbin məzunlarıdır : Hüseynova Günay Polad qızı və Əhmədov Emil Ramil oğlu.
Onu da qeyd etmək istəyirik ki, ötən il (2018-2019-cu tədris ilində) məktəbimizi bitirən Mustafayev Əfrəddin Qabil oğlu da belə bir uğur qazanmışdır.
Hər il ardıcıl olaraq qazanılan belə uğurlara görə kollektivimizi təbrik edirik. İstedadlı məzunlarımıza isə uğurlar arzulayırıq.
Respublika fənn olimpiadasının qalıbləri313 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əlizadə Fərid Atamoğlan oğlu Respublika fənn olimpiadasının final mərhələsində riyaziyyat fənni üzrə gümüş medal, coğrafiya fənni üzrə isə xı sinif şagirdi Hüseynova Günay uğurla çıxış edərək bürünc medal qazanmışdır.
"Fibonacci" İntellektual yarışınıda I yerAzərbaycan Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilərarası "Fibonacci" İntellektual yarışının final mərhələsində 313 nömrəli tam orta məktəbin şagirdləri I yerin qalibi olmuşlar. Bu münasibətlə onları təbrik edirik.