Bir məktəbin 8 medal uğuruAzəribaycan Respublikasında uğurla fəaliyyət göstərən, yüksək təhsil keyfiyyətlərinə görə fərqlənən ümumtəhsil müəsisələri coxdur. Onu da qeyd etsək ki, bu təhsil müəssisələrinin çox hissəsi Bakı məktəblərinin payına düşür, zənnimcə səhv etmərik. Bu gün isə sizə Bakı şəhəri Binəqədi rayonunda fəaliyyət göstərən 313 nömrəl i tam orta məktəbin 2018-2019-cu dərs ilinin yekununda əldə etdiyi bəzi uğurlardan bəhs edəcəyik. Daha dəqiq desək, təkcə olimpiadalardakı nəticələri barədə qısa məlumat verəcəyik. Beləliklə, 2018-2019-cu dərs ilində 4 şagidimiz fənlər üzrə keçirilən olimpiadaların Respublika mərhələsində uğurla çıxış edərək , 3 gümüş və 1 bürunc medal qazanmışdır. 1. Əlizadə Fərid Atamoğlan oğlu - VIIIa sinfi. Gümüş medal. (Riyaziyyat) 2. Hüseynov Murad Zakir oğlu - IXc sinfi. Gümüş medal. (Coğrafiya) 3. Əhmədov Emil Ramil oğlu - Xb sinfi. Gümüş medal. (Riyaziyyat) 4. Mustafayev Əfrəddin Qabil oğlu - XIa sinfi. Bürünc medal. (Tarix) VIII sınif şagirdi Əlizadə Fərid Atamoğlan oğlu Yeniyetmələrin 23- cü Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış edərək ölkəmizə bürünc medalla qayıtmışdır. İki şagirdimiz isə Lütfi-Zadə adına Məntiq olimpidasında uğurla çıxış edrək bir gümüş və bir bürünc medal qazanmışdır. 1. Ömər Aslan Ağasən oğlu - VId sinfi. (Gümüş medal) 2. Xudaverdiyev Turan Kənan oğlu - VIc sinfi. (Bürünc medal) Nəhayət, 2018-2019-cu dərs ilində XI-ci sinfi bitirən dərs əlaçısı, Respublika fənn oimpiadalarında 3dəfə ardıcıl olaraq qalib olmuş, məktəbin fəal ictimaiyyətçisi Mustsfayev Əfrəddin Qabil oğlu məktəbi Qızıl medalla başa vurmuşdur. Bu əlbəttə məktəbimizin təkcə medalla bağlı uğurlarıdır.
"Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" mövzusunda keçirilən müsabiqənin qalibi313 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi İsmayılov Mərdan Rəhim oğlu Bakı şəhəri üzrə Təhsil İdarəsinin "Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" mövzusunda keçirilən müsabiqə-konfransda qalib olmuş və Tərifnamə ilə təltif olunmuşdur. Ona daha böyük uğurlar arzu edirik.
Olimpiada qaliblərimiz313 nömrəli tam orta məktəbin şagirdlərindən 4 nəfəri Respublika fənn olimpiadalarından medalla qayıtmışdır. VIIIa sinif şagirdi Əlizadə Fərid Atamoğlan oğlu riyaziyyat fənni üzrə II yerin (gümüş medal), X b sinif şagirdi Əhmədov Emil Ramil oğlu riyaziyyat fənni üzrə II yerin (gümüş medal), IXc sinif şagirdi Hüseynov Murad Zakir oğlu coğrafiya fənni üzrə II yerin (gümüş medal) və XIa sinif şagirdi Mustafayev Əfrəddin Qabil oğlu tarix fənni üzrə III yerin (bürünc medal) qalibi olmuşlar.
Onu da qeyd etmək istəyirik ki, Əlizadə Fərid Atamoğlan oğlu VIII sinif şagirdidir və o, IX sinif şagirdlərinin fənn olimpiadalarında iştirak edərək gümüş medala layiq görülmüşdür.
Göstərilən uğurlara görə şagirdlərimizi və onların müəllimlərini təbrik edirik. Hesab edirik ki, bu bütün pedaqoji kollektivin qazandığı uğrlardır.