Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyət göstərir. Məktəbimiz 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 №-li sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbin ilk istifadəyə verilmiş korpusu 840 şagirdin təhsil alması üçün nəzərdə tutulsa da, 2025-ci il yeni 800 şagird yerlik korpus istifadəyə verilmişdir. Hazırda 1640 yerlik tutumu olan məktəbdə 2517 şagird təhsil alır. Məktəbdə 138 nəfər daimi əsaslarla çalışan pedaqoji heyət ,5 nəfər direktor müavini, 2 nəfər psixoloq, 1 nəfər hərbi rəhbər, uşaq birliyi təşkilatının rəhbəri, kitabxana müdiri və kitabxanaçı fəaliyyət göstərir. Məktəbimizdə rəqəmsal bacarıqlar və STEAM layihələri uğurla icra olunur. Məktəbdə geniş kitabxana və bufet, 2 akt zalı, 2 idman zalı, 2 fizika, 2 kimya, 2 biologiya, 6 informatika, 4 STEAM, 2 texnologiya, 1 robotexnika və 1 hərbi kabinet də mövcuddur. 2024-2025-ci tədris ilində fizika, kimya və biologiya fənlərinə aid fənn kabinetləri müasir labaratoriya avadanlıqları ilə təchiz və muasir standartlara cavab verən steam və robotexnika kabinetləri təşkil edilmişdir.
Ötən illər ərzində məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri hər il yüksək olmuş və bu məzunların çox hissəsi 500-700 arası bal toplamışlar. Fəaliyyətə başladığmız müddətdə məktəbimizin şagirdləri ardıcıl olaraq respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqələrdə iştirak etmiş və qalib olmuşlar.
Hələ, 2017-2018-ci dərs ilində bu tədris müəssisəsinə şagirdləri olimpiada və müsabiqələrdə 8 medal qazandırmışdır ki, bunlardan biri də VIII sinif şagirdi Əlizadə Fəridin riyaziyyat üzrə Beynəlxalq olimpiadada qazandığı gümüş medal olmuşdur. 2019-2020-ci dərs ilində - çətin Pandemiya (COVİD-19) şəraitində məktəbin şagirdləri 4 medal qazanmışdır.
İstedadlı şagirdlərin üzə çıxarılmasında xüsusi nailiyyətlər əldə etmış məktəbimiz 2022-2023-cü dərs ilində VI sinif şagirdi Mirzəzadə Məhəmməd Respublika Fənn Müsabiqəsinin qalibi, IX sinif şagirdi Qardaşov Cavid fizika fənni üzrə II Bakı Elm Olimpiadasının qalıbi, X sinif şagirdi Xudaverdiyev Turan riyaziyyat fənni üzrə keçirilən Respublika Fənn Olimpiadasının qalıbi, XI sinif şagirdi Rahim Mahmudov Beynəlxalq İntellektual müsabiqəsinin (Riyaziyyat kateqoriyası üzrə) qalibi olmuşdur. Məktəbin 2 nəfər fənn müəllimi Asif Cümşüdov və Qafur Bəkirov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibləri olmuşlar. Müəllimlərin çox hissəsi fəxri fərmanlar və mükafatlarla təltif edilmişdir.
2018-ci ildə Riyaziyyat müəllimi Asif Cümşüdov, 2024-cü ildə fiziki tərbiyə müəllimi Vüqar Şükürov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilmişdir.