Nailiyyətlərimiz

Şagirdimiz Fənn Müsabiqəsində Bürünc medal qazanıb.Məktəbimizin 7-ci sinif şagirdi  Əlizadə Nuray Elxan qızı biologiya fənnindən Respublika Fənn Müsabiqəsində uğurla iştirak edərək bürünc medal qazanıb. Müəllimi Elnarə Rəhmanlı başda olmaqla, bu uğurda əməyi keçən hər kəsə təşəkkür edirik. Şagirdimizi və ailəsini səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

Fəaliyyət qiymətləndirilirAkademik nailiyyətləri yüksək olan şagirdlər təltif olunub.Məqsəd—şagirdləri dərslərə maraq göstərməyə, yüksək nəticələr əldə etməyə təşviq etmək, onların əzmkarlığını və biliklərini dəyərləndirməkdir. Belə ki, müxtəlif fənlər üzrə müsabiqələrdə yarım final və final turunda xüsusi fəallıq göstərmiş şagirdlər fəxri fərman, təşəkkürnamə ilə rəğbətləndirilib. Təltif olunan şagirdlərə gələcək təhsillərində uğurlar arzulanıb və onların məktəbin adını ucaldan nəsil olaraq yetişəcəklərinə əminlik ifadə edilib

İbtidai sinif şagirdimizin uğurlarıNuray Yasin qızı Ramazanova 2-ci sinif şagirdi olmasına baxmayaraq, artıq bir neçə beynəlxalq olimpiadada uğur qazanaraq məktəbimizin fəxridir. O, riyaziyyat və məntiq sahəsində göstərdiyi yüksək nəticələrlə gümüş və bürünc medallara layiq görülüb. Nurayın uğurlarında ailəsinin, xüsusilə də valideyninin böyük əməyi və dəstəyi danılmazdır. Gözlərindəki inam və özünə güvən onun parlaq gələcəyinin xəbərçisidir. Biz Nurayla fəxr edirik və onun daha böyük nailiyyətlər əldə edəcəyinə inanırıq

HAQQIMIZDA

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 20...

BİZİM FƏXRLƏRİMİZ

Emil Əhmədov Ramil

Arzu Həsənzadə Şıxəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi