Nailiyyətlərimiz

“Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” mövzusunda keçirilən inşa – yazı müsabiqəsində fərqləndiyinə görə diplomla təltif edilmişdir.313 nömrəli tam orta məktəbin X sinif şagirdi Hüseynquliyeva Aişə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 – cu ildönümünə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur” mövzusunda keçirilən inşa – yazı müsabiqəsində fərqləndiyinə görə diplomla təltif edilmişdir.

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin qalibiBakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2 min nəfərdən artıq şagird öz referatları ilə iştirak etmişdir. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir. 313 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdurahmanlı Zəhra Naib qızı qalib olaraq seçilmişdir.

“Heydər Əliyev və Azərbaycan xalqının tarixi'' mövzusunda essenin qalibiBakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan xalqının tarixi'' mövzusunda elmi praktik konfrans keçirilmişdir Tədbirdə 5 mövzu üzrə 103 essedən 8 nəfərin yazı işi qalib kimi qiymətləndirilmişdir. Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin X a sinif şagirdi Abdurahmanlı Zəhranın essesi qaliblər içərisində xüsusi yer tutmuşdur. Zəhraya uğurlar arzulayırıq.

HAQQIMIZDA

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 20...

BİZİM FƏXRLƏRİMİZ

Məzahir Mirzəyev Cəlil

Famil Əhmədli Sərdar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi