"Əlaçı" televiziya verilişinin qalibiMəktəbin X sinif şagirdi Qasımov Tural Əsgər oğlu İctimai televiziyanın keçirdiyi "Əlaçı" televiziya verilişində iştirak edərək I yerin qalibi olmuşdur. Turala uğurlar arzu edirik.
Təbrik edirikMəktəbin riyaziyyat müəllimi İsmayılov Mərdan Rəhim oğlu Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə Fəxri fərmanla təltif edilmişdir. Bu münasibətlə onu təbrik edir, uğurlarının davamını diləyirik.
Fəxri Fərman ilə təltif olunmuşlar313 nömrəli tam orta məktəbin direktoru Zakir Bayramov və direktor müavini Nahid Abbasov təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.