"Ağıllı büdcə" layihəsinin qalibləri313 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Ağıllı büdcə" layihəsinin bağlanış mərasimində və poster yarışında uğurlu iştirak edərək 1-ci yerin qalibi olmuşlar.
Uğurlar arzulayırıqBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası qaliblərinin və təhsil işçilərinin mükafatlandırılma mərasimi, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim olunub. Həmçinin BŞTİ-nin əməkdaşlarına, pedaqoji mühazirə qaliblərinə diplom və hədiyyələr verilib.
313 nömrəli tam orta məktəbin fizika müəllimi Qafur Bəkirov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur. Qafur müəllimi təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayırıq.
“Tərəqqi” medalı ilə təltif edildiPrezident İlham Əliyev bir qrup təhsil işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Bu müəllimlər arasında, daim əldə etdiyi uğurlarla ön sıralarda dayanan 313 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Cümşüdov Asif Cümşüd oğlu da var.
Asif müəllimi bu təltif münasibəti ilə təbrik edir,ona can sağlığı və bu şərəfli işində uğurlar arzu edirik!