"Xəmsə" Milli İntellektual oyununda qələbəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə" Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.3 bəndinə əsasən gənclərin daha geniş kütləsinin intelektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması məqsədilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 Noyabr Konstitusiya günü münasibətilə yeniyetmə və gənclər arasında" Xəmsə" Milli İntellektual Oyunu keçirilmişdir. Məktəbimizin" Ucalıq" komandası oyunda iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür.
Nə? Harada? Nə zaman? intellektual oyunun qalibləri11 dekabr tarixində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyununun final mərhələsi keçirilmişdi.Məktəbimizin "Xocalı" komandası bu yarışda II yeri tutmuşdur.Bu münasibətlə komandamızı təbrik edir və uğurlar arzulayırıq.
Ən yaxşı ümumtəhsil məktəbiMəktəbimiz 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 N-li sərəncamı ilə" Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.