Əməkdar müəllim-Mərdan İsmayılovMəktəbimizin riyaziyyat müəllimi Mərdan İsmayılovu "Əməkdar müəllim" fəxri adına layiq görüldüyünə görə bütün kollektivimiz adından təbrik edirik. Ona şərəfli işində uğurlar arzulayırıq.
Təbrik edirikAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə məktəbimizin müəllimi İsmayılov Mərdan Rəhim oğlu təhsilimizin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Əməkdar müəllim” fəxri adı ilə təltif edilmişdir.
Mərdan müəllimi təbrik edir, yeni nailiyyətlər arzu edirik.
Müəllimimizin əməyinə verilən yüksək qiymətə görə cənab Prezidentə təşəkkürümüzü bildiririk.
Respublika Fənn Olimpiadasının final mərhələsində gümüş medal313 nömrəli tam orta məktəbin XI sinif şagirdi Hüseynov Murad Zakir oğlu Coğrafiya fənni üzrə keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsində gümüş medal qazanmışdır. Muradı təbrik edir, ona yeni uğurlar arzulayırıq.