4 “B” sinif şagirdləri Beynəlxalq Kosmonavtika Gününü qeyd etdilər

12 Aprel – Beynəlxalq Kosmonavtika Günü münasibətilə məktəbin 4 “B” sinif şagirdləri maraqlı fəaliyyətlərlə çıxış ediblər. Şagirdlər kosmos mövzusuna həsr olunmuş müxtəlif əl işləri hazırlayaraq, bu sahəyə olan maraqlarını yaradıcı şəkildə ifadə ediblər.
Hazırlanan əl işləri arasında raket maketləri, planetlər sistemi, ulduzlu səma təsvirləri və astronavt fiqurları yer alıb. Şagirdlər bu işləri təqdim edərkən kosmonavtika tarixi, ilk kosmosa uçuş və Yeri orbitə çıxaran qəhrəmanlar haqqında da maraqlı məlumatlar paylaşıblar.
Fəaliyyətin məqsədi uşaqlarda elmə, texnologiyaya və kosmik araşdırmalara maraq yaratmaq, həmçinin onların yaradıcı düşüncə və əmək bacarıqlarını inkişaf etdirmək olub.