3-cü Siniflərdə Monitorinq: Yazı Bacarıqları İmla ilə Qiymətləndirildi

Şagirdlərin yazılı nitq və orfoqrafik bacarıqlarını qiymətləndirmək məqsədilə məktəbdə 3-cü siniflər üzrə yazı bacarıqlarının monitorinqi aparılıb. Qiymətləndirmə “Məktəbdə” mövzusunda seçilmiş hekayə mətni əsasında səsli imla formasında təşkil olunub.
Şagirdlərə müəllim tərəfindən ardıcıl şəkildə oxunan hekayə mətni imla şəklində yazdırılıb. Məqsəd təkcə sözlərin düzgün yazılışını yoxlamaq deyil, eyni zamanda şagirdlərin eşitmə, diqqət toplama, cümlə quruluşlarını anlama və yazılı nitq vərdişlərini qiymətləndirmək olub.Monitorinq nəticələri əsasında müəllimlər tərəfindən hər bir şagirdin güclü və inkişaf etdirilməli tərəfləri müəyyənləşdirilib, valideynlərə müvafiq rəy təqdim olunub.