Məktəbdə Aprel döyüşlərinə həsr olunmuş debat dərsi keçirildi

Tarix müəllimi Məmmədova Pərvinin təşkilatçılığı ilə məktəbdə Aprel döyüşlərinə həsr olunmuş debat dərsi keçirildi. Dərsin məqsədi şagirdlərə Vətən müharibəsi tarixini daha dərindən öyrətmək, onların analitik düşünmə və məntiqi mühakimə qabiliyyətlərini inkişaf etdirmək idi.
Debat zamanı şagirdlər Aprel döyüşlərinin strateji əhəmiyyəti, qəhrəman əsgərlərimizin göstərdiyi şücaət və Azərbaycanın hərbi qüdrətinin möhkəmlənməsi barədə fikir mübadiləsi apardılar. Müxtəlif arqumentlər irəli sürülərək döyüşlərin gedişatı və nəticələri tarixi faktlar əsasında təhlil edildi.