“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində yekun tədbir keçirildi

Məktəbimizdə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində keçirilən fəaliyyətlər təntənəli yekun tədbiri ilə başa çatdı. Tədbir həm maarifləndirici məzmunu, həm də zəngin bədii proqramı ilə yadda qaldı.Şagirdlər tədbir zamanı təbiətin gözəlliyindən bəhs edən mahnılar ifa etdilər və rəqslər nümayiş etdirdilər. Təbiətin qorunmasının vacibliyini əks etdirən bu çıxışlar tədbirə xüsusi mənəvi dəyər qazandırdı.
Eyni zamanda, şagirdlərin təqdim etdiyi ekoloji layihələr və rəsm sərgiləri tədbirə rəngarənglik qatdı. Fərqlənən iştirakçılar sertifikatlarla mükafatlandırıldı.