Ana dilimizi sevək,qoruyaq!

21 Fevral -Beynəlxalq Ana dili günü münasibətilə məktəbimizdə tədbir keçirilmişdir. Əvvəlcə məktəbin direktoru Mehriban Poladova tədbir iştirakçılarını salamlamış,sonra 21Fevral-Beynəlxalq Ana dili Günü haqqında məlumat vermiş və tədbirin xüsusi qonağı şair,yazıçı-jurnalist Əməkdar Mədəniyyət İşçisi,Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadəni tədbir iştirakçılarına təqdim etmişdir.
Tədbir şagirdlərin hazırladıqları kompazisiya və Ana dilimizə həsr olunmuş nəğmələrlə davam etmiş,daha sonra tədbirin xüsusi qonağı şair Qəşəm Nəcəfzadə Ana dilimizin saflığından,öz dilimizdə danışmağın,ünsiyyət qurmağın gözəlliyindən söhbət açmışdır. Tədbirdə şair Ana dilimizə həsr etdiyi və vətənpərvərlik mövzusunda yazdığı şeirlərindən nümunələr də səsləndirmişdir. Eyni zamanda şair Qəşəm Nəcəfzadə şagirdlər tərəfindən verilən sualları cavablandırmış və ən yaxşı sualların müəlliflərinə öz kitablarını bağışlamışdır.
Tədbir boyunca səsləndirilmiş Ana dilimizə həsr olunan və eləcə də Ana dilində yazılmış ədəbiyyat nümunələri tədbirə xüsusi rəng qatmışdır.