Kiçik Akademiya

KİÇİK AKADEMİYANIN ÜZVLƏRİ ROBOTOTEXNİKA TƏLİMİNDƏ24.12.2022-ci il tarixində məktəbin Kiçik Akademiya üzvləri fizika fənn müəllimi Gülüstan Musayevanın təşkilatçılığı ilə robototexnika təlimində iştirak etdilər. Robotlar haqqında məlumat toplayaraq onlarla tanış oldular.

Ətraflı

KİÇİK AKADEMİYANIN “KİÇİK TƏDQİQATÇILARI”İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi- tədqiqat fəaliyyətinə marağı olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə " Kiçik Akademiya " da, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə iştirak etməsini təmin etmək ,referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərini formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Kiçik tədqiqatçılar" müsabiqəsi təşkil olunub. Müsabiqənin rayon mərhələsində iştirak edəcək şagirdləri müəyyən etmək məqsədilə məktəbdə seçim turu təşkil olundu. Şagirdlərin hazırladıqları referatlar dinlənildi və müsabiqədə iştirak edəcək komanda müəyyən edildi.

Ətraflı

MƏKTƏB "KİÇİK AKADEMİYA" NIN 2019/2020-Cİ TƏDRİS İLİ ÜZRƏ İLK İCLASIMəktəbdə Kiçik Akademiyanın ilk yığıncağı təşkil olundu .İclasda Kiçik Akademiyanın tərkibi və fəaliyyəti müəyyənləşdi. Kiçik Akademiyanın üzvlərinin araşdırdıqları tədqiqat mövzuları təsdiqləndi. Kiçik Akademiyanın prezidenti bölmə rəhbərlərinə və məktəbli tədqiqatçılara lazımi tövsiyələrini verdi.

Ətraflı

MƏKTƏBİN "KİÇİK AKADEMİYA"SI HAQQINDA MƏLUMATV.Əzizov adına 30 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2016-ci il tarixdən fəaliyyətə başlayıb. Bizim əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi -tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. Hədəflərimiz şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, onların öz maraq dairələrinə uyğun tədqiqatçılıq bacarığını genişləndirmək, istedadlı şagirdlərin tətqiqat işləri hazırlamalarına istiqamət vermək və müxtəlif layihələrdə iştirak etməkdir. Məktəb KA üzvləri AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir. “Kiçik Akademiya” çərçivəsində Humanitar, Təbiət, Fizika-Riyaziyyat, İngilis dili bölmələri fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılır. “Kiçik Akademiya” nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilir. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi -tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunur. KA-nın tərkibi aşağıdakı kimidir: Prezident – Ağayeva Vüsalə ( riyaziyyat müəllimi) I vitse - prezident - Ağazadə Rəna ( 10 ”A”) II vitse - prezident – Əsədli Ülvi (9 ”B”) III vitse - prezident – Məhərrəmli Aişə (9 ”A”)

Ətraflı
HAQQIMIZDA

       Bakı şəhəri Vahid Əzizov adına 30 nömrəli tam orta məktəb 1959-cu ildə tikilib istifad...

BİZİM FƏXRLƏRİMİZ

Çiçək Vəliyeva Emil

Viktoriya Qəribova Malik

HAQQIMIZDA

       Bakı şəhəri Vahid Əzizov adına 30 nömrəli tam orta məktəb 1959-cu ildə tikilib istifad...

BİZİM FƏXRLƏRİMİZ

Çiçək Vəliyeva Emil

Viktoriya Qəribova Malik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi