KİÇİK AKADEMİYANIN “KİÇİK TƏDQİQATÇILARI”

İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi- tədqiqat fəaliyyətinə marağı olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə " Kiçik Akademiya " da, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə iştirak etməsini təmin etmək ,referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərini formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Kiçik tədqiqatçılar" müsabiqəsi təşkil olunub. Müsabiqənin rayon mərhələsində iştirak edəcək şagirdləri müəyyən etmək məqsədilə məktəbdə seçim turu təşkil olundu. Şagirdlərin hazırladıqları referatlar dinlənildi və müsabiqədə iştirak edəcək komanda müəyyən edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi