MƏKTƏBİN "KİÇİK AKADEMİYA"SI HAQQINDA MƏLUMAT
V.Əzizov adına 30 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2016-ci il tarixdən fəaliyyətə başlayıb. Bizim əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi -tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. Hədəflərimiz şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, onların öz maraq dairələrinə uyğun tədqiqatçılıq bacarığını genişləndirmək, istedadlı şagirdlərin tətqiqat işləri hazırlamalarına istiqamət vermək və müxtəlif layihələrdə iştirak etməkdir. Məktəb KA üzvləri AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir.
“Kiçik Akademiya” çərçivəsində Humanitar, Təbiət, Fizika-Riyaziyyat, İngilis dili bölmələri fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılır. “Kiçik Akademiya” nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilir. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi -tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunur. KA-nın tərkibi aşağıdakı kimidir:
Prezident – Ağayeva Vüsalə ( riyaziyyat müəllimi)
I vitse - prezident - Ağazadə Rəna ( 10 ”A”)
II vitse - prezident – Əsədli Ülvi (9 ”B”)
III vitse - prezident – Məhərrəmli Aişə (9 ”A”)