FƏXRİMİZ

                                    Vahid  Hüseyn oğlu Əzizov

     Əzizov Vahid Hüseyn oğlu 1954-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur.

     1961-ci ildə M.Ə.Rəsulzadə qəsəbəsindəki 30 nömrəli məktəbin birinci sinfinə getmiş,1972-ci ildə həmin məktəbi bitirmişdir.

     1973-75-ci illərdə əsgərı xidmətini Cexoslavakiya batalyonunda keçirmişdir. O,hərbi xidmətdən birinci dərəcəli kəşfiyyatçı kimi qayıtmışdır. 1977-ci ildə Leninqrad  (Sank-Peterburq) Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Lakin yanvar imtahanlarına yaxin erməni millətindən olan müəllimin Azərbaycan milləti haqqında təhqiramız sözlərinə biğanə qalmayıb onunla mübahisə edərək,universiteti tərk edir.

      Vahid həm də gözəl şeirlər yazırdı.Sonuncu şeiri "Şəhid atası" şeiri olmuşdur.

      1992-ci ilin fevral ayında 38 yaşında cəbhəyə yollanır. 1992-ci ilin mayın 23-də kəşfiyyatdan qayıdarkən komandiri ilə birlikdə Füzuli rayonunun Qaçar kəndində düşmən minasına düşərək şəhid olur.

      Məzarı Şəhidlər xiyabanındadır.

      31.03.1994-cü il tarıxli 3 saylı protokolunu əsas tutaraq Vahid Əzizovun xatirəsini əbədiləşdirmək məqsədilə onun oxuduğu 30 nömrəli məktəbə onun adı verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi