HAQQIMIZDA

       Bakı şəhəri Vahid Əzizov adına 30 nömrəli tam orta məktəb 1959-cu ildə tikilib istifadəyə verililib. 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Fəaliyyət göstərdiyi dövrdən bir çox uğurlara imza atan təhsil ocağı 2012/2013-cü dərs ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.

    2022/2023-cü dərs ilində məktəbdə 753 nəfər şagird təhsil alır. 50 nəfər şagird  məktəbəhazırlıq qrupunda oxuyur. Şagirdlərin təlim- tərbiyəsi ilə 74 nəfər müəllim  məşğul olur. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Təlim Azərbaycan və rus dillərində aparılır. Məktəb birnövbəlidir, 5 günlük iş rejimi ilə işləyir. “ Təhsil haqqında qanun” a uyğun olaraq təhsil üç pillədən ibarətdir. İbtidai təhsil pilləsi I – IV sinifləri, ümumi orta təhsil pilləsi V – IX sinifləri, tam orta təhsil pilləsi X -XI təhsil pilləsini əhatə edir. Tədrisin hər 3 pilləsində şagird şəxsiyyətinin formalaşdırılması Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin nümunəvi “Əsasnaməsi”nə uyğun aparılır.

      Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, şəbəkəyə qoşulmuş kompüter otaqları, kitabxanası, bufeti, akt və idman zalları var. Sinif otaqları və dəhlizlər kameralar vasitəsilə izlənilir.

     Tədris prosesində İKT avadanlıqlarından, kompüter, “ağıllı” lövhələr, noutbuk və proyektorlardan istifadə olunur. Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub.

     Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Kiçik Akademiya”, “Əyləncəli riyaziyyat”, “ Gənc bioloqlar”, “ Ana dilimiz”  və idman dərnəkləri fəaliyyət göstərir.

     2018 / 2019-cu dərs ilində məktəbin ibtidai sinif müəllimi Arzu Mikayılova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində  “Təhsil kouçlarının hazırlanması və kouçinq sisiteminin təşkil edilməsi”, 2019/2020-ci dərs ilində isə IV qrant müsabiqəsində "Ümumtəhsil müəssisələrində kouçinq xidmətinin təşkili" layihəsi ilə qalib olub və layihələr uğurla icra edilib.

    2020/2021-ci dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə görə reytinq cədvəlində  Bakı şəhəri üzrə 194-cü, Binəqədi rayonu üzrə isə 20-ci yeri tutub.

     Məktəbdə yüksək tədris mühitinin yaradılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərə əsaslı bilik verməklə yanaşı, onların müstəqil düşüncəyə malik yüksək mənəviyyatlı və milli – mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.

     Devizimiz – Təhsil dünyanı dəyişmək üçün ən qüdrətli silahdır!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi