Şahmat turniri

5.05.2025-ci il tarixdə Məktəbin Fəaliyyət Planına əsasən dərnək rəhbəri Aygün Eminovanın və fiziki tərbiyə müəllimi Nigar Sultanovanın rəhbərliyi və məktəbin dərnək üzvlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Şahmat turniri keçirilmişdir.Dərnək üzvlərindən 12 nəfər şagird iştirak etmiş Şahmat Turnirində I yeri Əliyev Əli,II yeri Məmmədova Ayan,III yeri Şirəliyeva Mehri qazanmışlar. Bu münasibətlə məktəbin direktoru Mehriban Poladova uduzaraq oyundan ayrılan turnir iştirakçılarını ruhdan düşməməyə səsləmiş və uğur qazanmış şagirdləri təbrik edərək onlara bütün yarışları müvəffəqiyyətlə başa vurmağı arzulamışdır.