15 Sentyabr-Bilik günü

2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsil müəssisələrinə göndərdiyi təlimata əsasən, 15.09.2025-ci il tarixdə məktəbin həyətyanı ərazisində Bilik günü müəllim və şagird heyətinin iştirakı ilə təntənəli şəkildə qeyd olunmuşdur.
Tədbiri məktəbin direktoru Mehriban Poladova giriş sözü ilə açıq elan etmiş, müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdikdən sonra Konstitusiya və Suverenlik İli haqqında qısa məlumat verərək, ilk dərsin Konstitusiya və Suverenlik İlinə həsr olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Bu gün münasibətlə tədbirdə qonaq qismində iştirak edən Binəqədi rayonu, İcra hakimiyyətinin əməkdaşı Leyla Quliyeva da öz növbəsində müəllim və şagirdləri, eyni zamanda məktəbə yeni qədəm qoymuş birinciləri təbrik etmişdir. Onlara böyük nailiyyətlər və uğurlar arzulamışdır.
Bilik gününə həsr olunmuş tədbirimiz ilk zəngin çalınması ilə yekunlaşmışdır.