2025-2026-cı tədris ilinin ilk pedaqoji iclası

    12.09.2025-ci il tarixdə Yeni tədris ilinin ilk iclası keçirilmişdir. İclası giriş sözü ilə açan məktəbin direktoru Mehriban Poladova əvvəlcə məktəbə yeni təyin olunan müəllimləri və metodist Billurə Həsənovanı məktəbin pedaqoji kollektivinə təqdim etmişdir. O öz çıxışında bildirmişdir ki,bu tədris ilində metodist dəstəyi ilə ötən ilki nailiyyətlərimizi daha da artıracacağıq.

    Daha sonra pedaqoji kollektivin nəzərinə monitorinq nəticələrində məktəbin hansı yerlərdə qərarlaşdığı çatdrılmış və daha da səylə çalışaraq məktəbin ilk sıralarda yer alacağına inandığını bildirmişdir. İclasda həmçinin müəllimlərin dərs bölgüsü və sinif rəhbərlərinin təyinatı monitor tərərfindən iclas iştirakçılarının nəzərinə çatdırılmışdır.

    Yeni tədris ilinə hazırlıq məqsədilə görülən işlərin yekun hesabatları təlim tərbiyə işləri üzrə direktor müavini Rəşad Abdullayev və sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalayeva tərəfindən təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi