Erkən nikahın fəsadları

    6.05.2025-ci il tarixində Reproduktiv sağlamlığa dair VIll sinif şagirdləri ilə sonuncu- V məşğələ həyata keçirildi. Məktəbin həkimi Aidə Nəbiyeva, biologiya müəllimi Nahidə Həsənova, psixoloq Vüsalə Qarayeva,UBTR- Muxtarova Sevinc öz çıxışlarında erkən nikahın cəmiyyətə vurduğu fəsadlardan söhbət açdılar. Erkən nikaha daxil olan qızlar fiziki və psixi baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir,doğuş və ölüm riski yaranır,ana və uşaq ölümlərinin sayı artır.

    Bundan əlavə həmin qizlar cəmiyyətdən təcrid olunur, yalnız evdar qadın kimi fayda vermiş olurlar. Ailənin ağır yükünü çiyinlərində daşımaq məcburiyyətində qalan oğlan və qızlar çıxılmaz vəziyyətə düşür,erkən nikahdan doğulan uşaqlar fiziki, mənəvi və maddi cəhətdən formalaşmamış valideynlərlə üz-üzə qalırlar. Onlarda psixoloji gərginliklər baş verir.

    Görüşün sonunda şagirdlər üçün erkən nikahın fəsadlarına həsr edilmiş "Təhsil nikahdan öndədir"qısametrajlı filmin nümayişi baş tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi