Uğurlu gələcək peşədən başlayır

1.05.2025-ci il tarixdə Bakı Turizm Peşə Məktəbinin əməkdaşları- İstehsalat təlim ustası, turizm ixtisasları üzrə müəllim Təranə Həsənzadə və Aynur Bayramova məktəbimizin qonağı olmuşlar. Onlar məktəbin 9,10-cu sinifləri ilə Peşə təhsilinin müəyyən bir sahədə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını təmin edən təhsil pilləsi olduğunu və bu təhsil pilləsi tələbələrin peşə və texniki bilikləri, bacarıqları və səriştələri əldə etmələrini təmin edərək onların əmək bazarına hazırlaşmaları və Peşə təhsilinin əsas məqsədi barəsində söhbət aparmışlar. Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.