Müdrik dövlət xadimi Heydər Əliyev

8.05.2025-c il tarixdə Məktəbin Fəaliyyət Planına uyğun olaraq Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə sinifdaxili məlumatlandırma həyata keçirildi. Sinifdaxili məlumatlandırma zamanı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yazıldığı xüsusilə qeyd edilmişdir. Şagirdlər sinifdaxili tədbirdə müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş,mahnılar ifa etmişlər.Daha sonra Ulu Öndərin həyat yolundan bəhs edən qısa metrajlı filmin nümayişi baş tutmuşdur.