Ümumi təhsil müəssisələrində təhlükəsiz mühit
Məktəbimizdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə "Təhlükəsizlik günü"adı altında məktəbin direktoru Mehriban Poladovanın rəhbərliyi ilə məktəbin müəllim kollektivi və texniki işçilərlə maarifləndirici iclas təşkil olundu.Məktəb psixoloqu-Qarayeva Vüsalə risk qrupuna daxil olma ehtimalı olan şagirdlərlə işin gücləndirilməsi ilə bağlı fərdi görüşlər keçirdi.