Məktəbimizin 9B sinif şagirdi Hüseynov Yusif Eldəniz oğlu 9-14.04.2025-ci il tarixlərində Gürcüstanın Batumi şəhərində güləş üzrə keçirilən Avropa çempioanatında II yeri qazanmış,diplom və medalla təltif olunmuşdur. Bu münasibətlə şagirdimizi ürəkdən təbrik edir və ona daha böyük arenalarda qələbə qazanaraq Azərbaycan bayrağını qürurla dalğalandırmağı arzu edirik!
Məktəbin 3C sinif şagirdi Fuad İsgəndərov Beynəlxalq Fermat Riyaziyyat Olimpiadasında qızıl medal qazanmışdır. Bu münasibətlə məktəbin direktoru Mehriban Poladova şagirdimizin bu uğuru ilə bağlı onu təbrik etmiş, gələcəkdə daha böyük nailiyyətlər qazanmağı arzulamışdır. Sinif rəhbəri Mərdanova Elnarə müəllimə bacarıqlı, istedadlı şagirdlər yetişdirdiyi üçün öz minnətdarlığını bildirmişdir.
Daha sonra direktor Mehriban Poladova qızıl medal qazanmış şagirdimiz Fuad İsgəndərova planşet hədiyyə etmişdir. Digər şagirdlərin də gələcəkdə bu kimi nailiyyət qazanmaları üçün əlindən gələni edəcəyini bildirmiş və onlara belə həvəsləndirici mükafatlar təqdim edəcəyini qeyd etmişdir.