Sağlam nəsil-parlaq gələcək

    Məktəbin yeniyetmə yaşlı şagirdləri ilə antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə XXI əsrin bəlasına çevrilən Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yollarına həsr olunmuş maarifləndirici görüş keçirildi.

    Məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçısı Şəhla Seyidbalayevanın təşkilatçılığı ilə baş tutan görüşün əvvəlində məktəbin psixoloqu Vüsalə Qarayeva,UBTR-Sevinc Muxtarova narkotik vasitələrin insan orqanizminə vurduğu ziyanlardan,mərkəzi sinir sisteminin quruluşuna molekulyar səviyyədə təsirindən,düşüncə,qavrama və emosional vəziyyətlərdəki dəyişikliklərdən bəhs etdilər.

    Daha sonra şagirdlərlə interaktiv şəkildə görüşü davam etdirərək, onların mövzu barədə fikirləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi