Nümunəvi dərslər

    Məktəbin Tarix müəllimi İzzət Orucəliyeva 8A sinfində və İngilis dili müəllimi Əliyeva Şücayət 5C sinfində nümunəvi dərslər təşkil etmişlər. Nümunəvi şəkildə təqdim edilən tarix dərsi 28 Aprel-Gülüstan müqaviləsinə həsr edilmişidi. Dərs interaktiv metodlarla qurulmuş və informasiya resurslarından səmərəli şəkildə istifadə olunmuşdur. Dərslər məktəbin direktoru Mehriban Poladova,Təlim-Tərbiyə işləri üzrə direktor müavini Rəşad Abdullayev, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Şəhla Seyidbalayeva,məktəbin psixoloqu Vüsalə Qarayeva,UBTR-Sevinc Muxtarova,İngilis dili metodbirləşmə rəhbəri İradə Qəniyeva və tarix müəllimi Flora Ağamalıyeva iştirak etmişlər.Təşkil olunmuş nümunəvi dərsdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və ölkəmizin azadlığı,suverenliyi yolunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

    Gülüstan müqaviləsinə həsr edilmiş bu dərsdə şagirdlər əvvəlcə öz təqdimatlarında müqavilənin tarixindən,torpağımızın ikiyə bölünməsindən,ərazi bütövlüyümüzün bərpa olunmasında "Dəmir Yumruq" əməliyyatından söhbət açmışlar.

    Daha sonra dərs şagirdlərin ifasında mövzuya uyğun ədəbi nümunələrlə yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi