Şagirdlərimiz qalib olublar28.03.2022-ci il tarixində Tədris mərkəzlərinin birində keçirilmiş Məntiq olimpiadasında şagirdlərimiz Murtuzov Mirelçin Ramil oğlu maksimum nəticə göstərərək 1-ci yerə, Cəfərli Mələk Cavad qızı isə 95 balla ikinci yerə çıxmışdır. Hər iki şagirdimizi təbrik edir, gələcək tədris illərində daha çox nailiyyətlər arzulayırıq.
"İdman-Sağlam həyat"İbrahimova Ramilə Ramil qızı-5-Mart Bədən Tərbiyəsi İdman Gününə həsr olunmuş məktəblilər arasında keçirilən "İdman-Sağlam həyat" rəsm müsabiqəsində ikinci yer tutduğuna görə diplomla təltif olunub.
"Müzəffər ordumuzun zəfər yürüşü " adlı onlayn müsabiqəBinəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən ikinci Qarabağ müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbələrə həsr olunmuş "Müzəffər ordumuzun zəfər yürüşü" adlı onlayn rəsm müsabiqəsi keçirilmişdir.
Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarının tanıdılması, böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması, ordumuzun möhtəşəm qələbələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması, istedadlı şağırdlərin rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması məqsədi daşıyan müsabiqədə məktəbimizin 9- cu sinif şagirdi Nəcəfzadə Zeynəb ikinci yerə layiq görülmüşdür.