Kiçik Akademiyanın Təbiət kafedrası uğura imza atıbKiçik Akademiyanın Təbiət kafedrası uğura imza atıb. Məktəbin coğrafiya müəllimi Rzazadə TuqaY öz komandası ilə birgə Gənc İqlim Çempionları müsabiqəsinə qatılıb.
Müsabiqə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri arasında keçirilirdi.Kiçik Akademiya üzvlərinin bina evlərinin zirzəmisinə quraşdırılması düşünülmüş karbon qazının miqdarının azaldılmasına xidmət edən qurğu layihəsi maraqla qarşılanıb və ən yaradıcı və təsiredici müraciətlərdən biri kimi dəyərləndirilərək onluğa düşüb. Müsabiqənin bağlanış mərasimində məktəbin coğrafiya müəllimi Tuqay Rzazadə ilə yanaşı , kiçik akademiya üzvləri Aysel Davidova, Nuray Bağırova, Əli Mammadov iştirak etdilər və sertifikat aldılar.
Məktəbimizin şagirdləri qalib olubMəktəbin 4B sinif şagirdləri Quliyev Nihat ( 10 yaş 34 kq çəki dərəcəsində ) və Əsgərzadə Yusif ( 10 yaş 30 kq çəki dərəcəsində) Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş Budo Döyüş Növləri üzrə Klublar Arası Açıq Birincilikdə I yer tutublat. Hər iki şagirdimizi təbrik edir , onlara daha böyük uğurlar arzulayırıq .
Məktəbimizin şagirdi qalib olubMəktəbin 2 b sinif şagirdi Sultanlı Cəfər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş Budo Döyüş Növləri üzrə Klublar Arası Açıq Birincilikdə 8 yaş , 58 çəki dərəcəsində I yer tutub. Cəfəri təbrik edir , ona daha böyük uğurlar arzulayırıq .