31 Mart Soyqırımına həsr edilmiş kitab müzakirəsi

        30 Mart 2018-ci il tarixində liseyin dil-ədəbiyyat müəllimi Tamara Heydərqızının təşəbbüsü ilə Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” əsərinin müzakirəsi keçirilmişdir. Bu müzakirə liseyin dil-ədəbiyyat müəllimi Tamara Heydərqızının “Bədii əsərlərin oxusu və müzakirəsi” layihəsinin dördüncü təqdimatı idi. Müzakirə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı həyata keçirilmişdir. Müzakirədə yazıçı, filosof və psixoloq Rövşən Abdullaoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri Anar Qədimalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova, liseyimizin direktoru Kəmalə Mirzoyeva, təşkilati işlər üzrə direktor müavini Zeynəb Qasımova, psixoloq Dilbər Ağasıyeva, laborantlar Elvira Məmmədova və Sitarə Salahova, tarix müəllimi Şəfiqə Ağayeva, Azərbaycan Dövlət Pedoqoji Universitetinin təcrübəçi tələbələri, liseyin UBR-i Ətlas Zeynalova, liseyimizin IX və XI sinif şagirdləri, 47 №-li məktəbin psixoloqu Günay Abbasova, 36 №-li məktəbin dil-ədəbiyyat müəllimi Asya Səmədova və həmin məktəbin şagird heyəti, Masazır kənd 2№-li tam orta məktəbin dil-ədəbiyyat müəllimi Əliyeva Kəmalə fəal iştirak etmişdir. Müzakirənin əvvəlində 31 Mart Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

   Müzakirədə bestseller roman haqqında dəyərli fikirlər səsləndirilmiş, yazıçıya müxtəlif suallar ünvanlamış və slaydlar vasitəsi ilə təqdimatlar göstərilmişdir. Müzakirənin sonunda yazıçı və qonaqlarla birlikdə xatirə şəkli çəkilmişdir.    

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi