Pedaqoji Şuranın ilk iclası keçirilib

    12 sentyabr 2025-ci il tarixində Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində Pedaqoji Şuranın 2025–2026-cı tədris ili üzrə ilk iclası keçirilib. İclasda əvvəlcə Pedaqoji Şura katibi seçilib.

    Daha sonra 2024–2025-ci tədris ilinin yekunları müzakirə olunaraq yeni tədris ili üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib. Məktəbin fəaliyyət planları, iş rejimi, zəng cədvəlləri və daxili nizam-intizam qaydaları təsdiq edilib. Şagird qəbulu vəziyyəti nəzərdən keçirilib və V, IX, X, XI siniflərin adlı siyahıları təsdiqlənib.

    Həmçinin siniflərin komplektləşdirilməsi və sinif rəhbərlərinin təsdiqi məsələsinə baxılıb. Müəllimlərin dərs yükü, dərs və növbətçilik cədvəlləri, tarifləşmə təsdiq olunub. Metodiki kabinetlərin sədri və tərkibi müəyyən edilib. Şagirdlərin dərsliklərlə təminatı və kitabxananın fəaliyyətinin genişləndirilməsi ilə bağlı qərarlar qəbul edilib. İclasda həmçinin dərnəklərin təşkili və “İlk zəng” gününə hazırlıq məsələləri də müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi