İmtahanlar şagirdlərimizin bilik və bacarıqlarının yüksək olduğunu sübut edir

    Rəqəmlər – hansısa məsələ haqqında fikir bildirərkən bizi aldatmayan əsas dayaq nöqtəmiz olmalıdır. Bu, xüsusilə, test tapşırıqları və məzmunun qiymətləndirilməsi zamanı daha da vacibdir. Təsadüfi deyil ki, dünyada ali təhsil müəssisələri – xüsusən idarəetmə və tədqiqat ixtisaslarında "Qərar vermək üçün data elmi" (Data science for decision making) fənnini xüsusi olaraq tədris edirlər. Məqsəd aydındır: gələcək mütəxəssislərin subyektiv yanaşmalarının qarşısını almaq və qərarların təsadüfi deyil, sübutlara əsaslanan şəkildə verilməsini təmin etməkdir.

    İmtahanlar şagirdlərimizin bilik və bacarıqlarının kənar və obyektiv qurum tərəfindən ölçülməsi deməkdir. Bu bizim üçün, sadəcə, qiymətləndirmə deyil, həm də əməyimizin monitorinqi, tədris keyfiyyətinin obyektiv yoxlanmasıdır.

     Buna görə də tədris ilində bizim müəllimlər yalnız daxili qiymətləndirmələrlə kifayətlənməyib, DİM qiymətləndirməsini də hədəf kimi qəbul edib və ona uyğun hazırlıq işləri aparıb.

    Nəticələr hər il təhlil edilir, məzmunun daha yaxşı mənimsədilməsi və standartların reallaşdırılması üçün ciddi səylər göstərilir.

    Bu ilki nəticəmiz belədir:

    IX sinif şagirdlərimizin son KSQ və DİM buraxılış imtahanı nəticələri:

    • Tədris dili – KSQ: 79.25 | DİM: 84

    • Riyaziyyat – KSQ: 77.25 | DİM: 77.25

    • Xarici dil – KSQ: 85.75 | DİM: 82.25

    Bu nəticələr bir daha göstərir ki, aparılan tədris fəaliyyəti ilə Dövlət İmtahan Mərkəzinin qiymətləndirmə alətləri arasında yüksək uyğunluq var. Bu həm bizim liseyin qiymətləndirmə istiqamətinin doğru olduğunu, həm də DİM-in qiymətləndirmə mexanizmlərinin etibarlı və obyektiv olduğunu sübut edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi