“Psixi sağlamlığımızı qoruyaq“ adlı seminar keçirilib

Fəaliyyət planına uyğun olaraq 5a sinfində “Psixi sağlamlığımızı qoruyaq“ adlı seminar keçirilib.
İlk öncə şagirdlərin psixi sağlamlığının dərəcəsini müəyyən etmək üçün ”Həyəcanlılığın aşkar edilməsi” testi keçirilib.
Sonra "Psixi sağlamlıq nədir?", "Necə edək ki psixi sağlam olaq?" mövzuları ətrafında müzakirə aparılıb və şagirdlərin bu mövzuda sualları cavablandırılıb.
Daha sonra insanın psixi sağlamlığında müsbət təsir edən 2 metod – nəfəs məşqləri və meditasiya haqqında məlumat verildi və praktik şəkildə şagirdlər ilə birlikdə tətbiq edilib.