İstiqlal Muzeyinə ekskursiya təşkil edilib

     Liseyin biologiya müəllimi İradə Zöhrabova 7a sinif şagirdləri ilə birgə İstiqlal Muzeyinə ekskursiya ediblər. Təşkil edilən ekskursiya şagirdlərin vətənpərvərlik duyğularını gücləndirmək və Azərbaycan tarixi haqqında biliklərini artırmaq məqsədini daşıyır.

    Muzeydə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi, qəhrəmanlıq dolu tarixi və milli dəyərləri əks etdirən eksponatlar nümayiş olunur. Şagirdlər burada müxtəlif tarixi sənədlər, fotoşəkillər, silahlar və unikal əşyalarla tanış olaraq, Azərbaycanın müstəqillik tarixini daha dərindən öyrənirlər.

    Ekskursiya zamanı müəllimlər və muzey bələdçiləri şagirdlərə eksponatlar haqqında geniş və ətraflı məlumat veriblər. Belə ekskursiyalar şagirdlərin həm maariflənməsinə, həm də milli kimliklərinin formalaşmasına böyük töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi