Ekologiya və COP 29 mövzusunda maarifləndirici dərs keçirilib

    31 oktyabr 2024-cü il tarixdə liseyin kimya müəllimi Nəzmiyyə Qurbanova 8c rus bölməsi şagirdlərinə Ekologiya və COP 29 mövzusunda maarifləndirici dərs keçirib. Dərsdə cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-in İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası - COP29 çərçivəsində görülən və görüləcək işlər haqqında məlumat verilib, videolar nümayiş etdirilib.

    Şagirdlər dərsdə müxtəlif mövzularda videotəqdimatla etdikləri çıxışda ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, işğaldan azad olunmuş bölgələrdə yaşıllığa, təbiətə diqqət və qayğı göstərilməsini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi