Ümumdünya Qida Günü münasibətilə tədbir keçirilib

    16 oktyabr 2024-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin (FAO) təşəbbüsü, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumdünya Qida Günü münasibətilə Qida Günü ilə bağlı tədbir keçirilib.

    Tədbirin məqsədi şagirdlərə düzgün qidalanma, qida təhlükəsizliyi və ona olan təhdidlər və FAO-nun yarandığı tarixdən bu günə qədər qida təhlükəsizliyində oynadığı rol barədə məlumat vermək olub.

    Tədbiri salamlama nitqi ilə açan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə qida təhlükəsizliyinin mahiyyətindən, sağlam həyat tərzi və düzgün qidalanmadan danışıb. Daha sonra FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbər müavini Bariz Mehdiyev, şagirdlərə FAO-nun əsas məqsədləri, missiyası, ölkəmizdəki fəaliyyəti və eləcə də qida təhlükəsizliyi məsələləri ilə bağlı məlumatlar verib. Öz növbəsində, FAO-nun əməkdaşı layihələr üzrə baş köməkçi Nərmin Əliyeva şagirdlərə düzgün qidalanma, qida israfı və dünyada baş verən qida çatışmazlığı və onunla mübarizə ilə bağlı məlumat təqdim edib. 

    İnteraktiv formatda keçirilən tədbirin sonunda RUGİM-in ekoklub dərnəyinin üzvlərinə qida sistemləri haqqında məlumatları özündə əks etdirən kitabçalar hədiyyə olunub.

    Tədbirdə şagirdıərimizdən Nuridə Haçalı, Leyla Ələsgərli  "Bal arıları" Ekoklub rəhbəri Mətanət Qasımovanın rəhbərliyi ilə iştirak ediblər.

    

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi