Şagirdlərimiz Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər

    Liseyin 7a və 9a sinif şagirdləri biologiya müəlimi İradə Zöhrabovanın təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya ediblər. 

    Şagirdlər əvvəlcə mezeyin iki tarixi binada – “De Burun malikanəsi” və “Mariinski Qadın Gimnaziyası”nda yerləşdiyini və həmin binaların şüşə korpus vasitəsilə birləşdirildiyini, sonra isə bu binaların muzey kimi fəaliyyətə başlama tarixini öyrəniblər.  

    Bildirilib ki, dünya təsviri və tətbiqi sənətinin bütün növlərini əhatə edən muzeydə Qərbi Avropa, Şərq ölkələri, Rus və İslam mədəniyyətinə məxsus və müxtəlif dövrləri əhatə edən heykəltaraşlıq, qrafika, dekorativ-tətbiqi sənət nümunələri (xalça, tikmə, qiymətli metal və çini qablar) nümayiş etdirilir. Dəyərli eksponatlar, rəsm əsərləri və xalça nümunələri ilə zəngin muzeylə tanışlıq şagirdlərdə xoş təəssürat oyadıb.        

  Filarmoniya bağında gəzinti zamanı tələbələrə bağın salınma tarixi, binanın tikilmə tarixi və binaya adı verilən dahi bəstəkar, Azərbaycan musiqi tarixində Avropa tərzində ilk operanın (“Nərgiz”) müəllifi Müslüm Maqomayev haqqında da şagirdlərə məlumat verilib.

 Şagirdlərin dünyagörüşünün zənginləşməsinə xidmət edən ekskursiyaların gələcəkdə də təşkil edilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi