Gənc hüquq müdafiəçiləri adlı layihə keçirilir

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi (ELSA Azərbaycan”) və “Femida Könüllüləri” Təşkilatının əməkdaşlığı çərçivəsində artıq ikinci ildir ki, gənc hüquq müdafiəçiləri adlı layihə keçirir. Layihə orta məktəb şagirdlərinin hüquqi savadlılığının artırılması və gələcək karyera seçimlərinə dəstək məqsədi daşıyır. Forması Ali Məhkəmə, müxtəlif rayonlar üzrə məhkəmələrdə fərdi və komanda şəklində tğşkil olunmuş  yarışmalardan ibarətdir. Qalib gələn komanda finala vəsiqə qazanır. Dekabr ayənda final turu baş tutacaq.

    Liseyimizi X sinif şagirdi Müjgan Bəşirzadə təmsil edir. O, 193 saylı məktəbin şagirdi Zəhra Hacıyeva ilə komanda yoldaşıdır. Komandamız artıq finaldadır və dekabrda onları gərgin yarışma gözləyir.

    Onlara indidən uğurlar arzu edirik. İnanırıq ki, şagirdlər qələbə üçün əllərindən gələni edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi