Şagirdlər Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər

    16 oktyabr 2024-cü il tarixdə liseyin informatika müəllimi Nuranə İbrahimxəlilova 7b sinif şagirdləri və valideynləri ilə birgə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər.

    Ekskursiya zamanı şagirdlərə Tarix muzeyində sərgilənən maraqlı, tarixi materiallarla tanış olublar.  

    Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Tarix Muzeyində tələbələri qədim dövrdən başlamış Mezozoy erasından bu günümüzə qədər tariximizi əks etdirən maddi və mədəni nümunələrin əks olunduğu ekspozisiya ilə tanış edib. Tarix muzeyinin əməkdaşı çıxış edərək, ən qədim dövrə aid at kəlləsi, fil kəlləsi, Azıxantropun çənə sümüyü, həmçinin, Tunc dövrünə aid mədəniyyət nümunələri haqqında ətraflı məlumat verib.

    O, həmçinin, Azərbaycanın qədim dövlətləri, Albaniya, Səlçuk dövlətinə aid  tarixi abidələri, Azərbaycan etnoqrafiyasının, mədəni irsinin  ən zəngin nümunələri olan dövrün xalçaçılıq, zərgərlik, ipəkçilik kimi sənət sahələri, geyim mədəniyyəti, atçılıq mədəniyyəti, toy adət - ənənələri haqqında da danışıb.

    Daha sonra şagirdlərə XIX əsrə aid neft sənayesi, neft sənayesinə aid invertarlar, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi faktları, II Qarabağ müharibəsinin şəhidləri, xüsusilə, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun həyatı haqqında məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi