“Hisslərin sehirli dünyası“ adlı metodika -qrup işi aparılıb
03 oktyabr 2024-cü il tarixdə liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 6ç sinfində şagirdlərin psixoemosional vəziyyətinin öyrənilməsi istiqamətində “Hisslərin sehirli dünyası“ adlı metodika - qrup işi aparılıb.
Metodikanın keçirilməsində məqsəd şagirdlərin emosional vəziyyəti, anlama, təhlil etmə bacarıqlarını təhlil etmək idi. Metodikanın tətbiq edilmə forması şagirdlərə 8 rəng və 8 duyğunun müxtəlif formalarda ifadə etmək təlimatı verilir və yaradıcılıq qabiliyyətinin həddi müşahidə olunur. Metodika əyləncəli və bir o qədər də faydalıdır.