Bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində təlimlər keçirilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu və Sinqapurun Marşal Kavendiş Təhsil Şirkətinin birgə əməkdaşlığı çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 14 regiondan riyaziyyat və təbiət elmlərini tədris edən 60-dan çox müəllimin iştirakı ilə ümumi təhsil müəssisələrində təhsilalanların bacarıqəsaslı öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində təlimlər başlayıb.
15 iyul tarixindən başlayan təlimlər öz sahəsində 20 ildən çox təcrübəsi olan Sinqapurlu mütəxəssislər tərəfindən əyani şəkildə keçirilir. İştirakçılar 300-dən çox namizədin arasından iki mərhələli seçim (imtahan və müsahibə mərhələsi) əsasında seçilib.
Təlim beynəlxalq qiymətləndirmə tədqiqatları çərçivəsində bacarıqların formalaşdırılması vasitəsilə şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə savadlılığının artırılması mövzularını əhatə edib. Təlimi bitirən iştirakçılar öz regionlarında müəllimlərə metodik dəstək göstərəcək və şagirdlərlə bu istiqamətdə işlər aparacaqlar.
Liseyimizin riyaziyyat müəllimi Əfsanə Əhmədova bu təlimdə uğurla iştirak edib. Əfsanə Əhmədovanın bacarıqəsaslı öyrənmə vərdişlərinin liseyin şagirdləri üçün faydalı olacağına inanırıq. Uğurlarının davamlı olmasını arzu edirik.