Nə üçün Ekologiya liseyi seçilir?!

    Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyində 60 nəfər müəllim tədris aparır. Müəllimlərdən 4 nəfəri fəlsəfə doktoru, 3 nəfəri Əməkdar müəllimdir. 1 nəfəri "Tərəqqi" medalçısıdır. Müəllimlərimin bəzisi ADA , BDU, ADPU və digər Ali təhsil müəssisələrində doktorantura, magistratura pillələrində təhsillərini davam etdirirlər.

Məktəbimizin 2023-2024-cü tədris ili üzrə bəzi təhsil nəticələrini paylaşmaq istəyirik:

1. Şagirdlərimiz Respublika Fənn Olimpiadalarının, Fənn Müsabiqələrinin və Lütfizadə adına olimpiadanın qalibləri sırasındadırlar.

2. Beynəlxalq Olimpiada qaliblərimiz var.

3. Bu tədris ili komandamız Bakı Elm Olimpiadasında lll yeri qazanıb.

4.9 illik bazadan 22 nəfər şagirdimiz qırmızı attestat qazanıb.

5. 11 illik bazadan 25 nəfər şagirdimiz qırmızı attestat qazaıb.

6. Bu tədris ili 600 baldan yuxarı 9 nəfər məzunumuz olub.

7. SASMO Azərbaycan, AMO Azərbaycan üzrə Riyaziyyat olimpiadalarında 100-ə qədər şagirdimiz qızıl, gümüş və bürünc medallar qazanıblar.

8. Liseydaxili 100-ə qədər tədbir, yarışma, bilik yarışı, müsabiqə, alimlərlə, yazıçılarla görüş, mədəni-elmi-kütləvi görüşlər keçirilib.

9.Müxtəlif maraqlı və məzmunlu, şagird məmnunluğunu təmin edəcək yenilikçi layihələr icra olunub.

10. KSQ və BSQ-lər qəqəmsal həyata keçirilir ki, bu da şəffaflıq və şagird inkişafını təmin edir.

11.DİM məlumatlarına əsasən, qəbul imtahanlarında ölkə üzrə ən yüksək bal toplayan 10 məktəbdən biriyik.

12.Xl illik bazadan Buraxılış imtahanlarında orta balımız 300 bal ürzə 235 baldır.

13.lX illik bazadan Buraxılış imtahanlarında orta balımız 300 bal ürzə 212 baldır.

14.Şəffaflıq və şagird məmnunluğu, vətəndaş razılığını təmin etmək üçün ildən-ilə daha çox nailiyyətlər əldə edilir.

15.Liseyimizdə rəqəmsal bacarıqlar layihəsi tətbiq olunur.

16.Hər ili şagird özünü idarə günü və xüsusi Bilik yarışı keçirilir.

17.Növbəti tədris ili üçün daha çox yeniliklər və planlar vardır;

18.Şagirdlərimiz Kenquru olimpiadasında qaliblər sırasındadırlar.

Bunlar lisey müəllimlərinin, əməkdaşlarımızın səyi, əziyyəti və gərgin fəaliyyəti nəticəsində ortaya çıxır.

 

 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi