Qala qoruğunda orta əsrlərə səyahət təşkil olunub
09 iyun tarixdə liseyimizin şagirdləri tarix müəllimi Səbinə Məmmədovanın rəhbərliyi ilə Qala Dövlət Tarix Etnoqrafiya qoruğuna ekskursiya ediblər.
Qoruqda hər biri unikal eksponatlar və təcrübələr təqdim edən dörd müxtəlif muzey var. Kompleksin digər qeyri-adi muzeyinin ekspozisiyası “Tullantıdan sənətə”dir.
Burada məişət tullantıları: kabellər, lampalar, təkərlər, plastik su qabları, sellofanlar, oyuncaqlar, müxtəlif avtomobil hissələri və istifadəyə yararsız digər bir çox əşyadan hazırlanmış sənət əsərləri ziyarətçiləri keçmişdən müasir dövrə qaytarır.
Şagirdlərimiz eyni zamanda usta dərslərdə də iştirak ediblər. İnanırıq ki, öyrənmə, yaradıcılıq və macəra ilə dolu bir gün şagirdlərimizə növbəti həftəyə daha emosional köklənməyə kömək edəcəkdir.